Slovakiyanın baş naziri güllələndi, təhdid edildi

Dünya

25.09.2024 14:13

Slovakiyanın hökumət ofisi 2024-cü ilin mayında sui-qəsd cəhdindən sağ çıxan Baş nazir Robert Fitsona ünvanlanmış içində güllə olan zərf alıb. 

TodayPress xəbər verir ki, bu barədə “Teraz” portalı məlumat yayıb.

Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib ki, zərfin kim tərəfindən göndərildiyi məlum deyil.

Xatırladaq ki, cari ilin may ayının 15-də Baş nazir Qandlova şəhərində açılan atəş nəticəsində yaralanıb. Hücum edən ona bir neçə dəfə atəş açıb, bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib. 

Töhfə Səməd

tag: Slovakiya, Baş Nazir ,Robert Fitsona ,Nazirlər Kabineti ,Qandlova ,todaypress.az,