Slovakiyada yalnız iki cins olacaq

Dünya

25.01.2025 18:25

Slovakiyada konstitusiyada yalnız iki cinsi - kişi və qadını tanıyan müddəanı təsbit etməyi planlaşdırırlar. 

TodayPress xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso deyib. 

O xatırladıb ki, eyni təşəbbüslə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da çıxış edib.

“Heç kim helikopter, qu quşu, pişik və ya ayı deyil, ancaq kişi və ya qadın olacaq” deyə Fitso bildirib.

Xatırladaq ki, yanvarın 22-də Tramp federal hökumətdəki bütün müxtəliflik və inklüziv proqramların bağlanması haqqında sərəncam imzalayıb .

Nicat Osman

tag: ABŞ,Slovakiya,Robert Fitso,Tramp,Cins,Todaypress.az,