Slovakiya Ukraynaya yardıma veto qoymağa icazə verdi

Dünya

20.01.2025 11:50

Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar Bratislavanın Ukraynaya yardıma veto qoymasına icazə verib. 

TodayPress xəbər verir ki, o, bu barədə "TASS"a müsahibəsində bildirib.

“Əgər Ukrayna Prezidenti Volodimir Zelenski ölkəmizin milli maraqlarına zərər vurmağa davam edərsə, Slovakiya və ola bilsin ki, Macarıstan Ukraynaya yardıma veto qoyacaq” o qeyd edib.

Slovakiya parlamentinin vitse-spikeri vurğulayıb ki, dövlətlər arasında münasibətlərdə yardım qarşılıqlı olmalıdır. Onun fikrincə, Ukrayna lideri Zelenski müstəsna olaraq öz maraqlarına uyğun hərəkət edir.


Töhfə Səməd

tag: Slovakiya, Ukrayna, Volodimir Zelenski, Müharibə, Dünya, todaypress.az,