Slovakiya Ukraynanı ciddi münaqişə ilə hədələdi
Slovakiyanın baş naziri Robert Fitso Kiyevi hədələyərək bildirib ki, əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, gərgin qarşıdurma yaranacaq.
TodayPress xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkəsində yazıb.
“Əgər Zelenski qazımızı buraxmasa, ciddi münaqişə yarana bilər” deyə siyasətçi bildirib.
Fitso vurğulayıb ki, Slovakiya Ukraynaya yardım edir və bunun müqabilində Kiyevin həmrəylik nümayiş etdirməsini istəyir.
Töhfə Səməd
tag: Zelenski, Kiyev, Robert Fitso, Tranzit, Qaz, Qarşıdurma ,todaypress.az,