Slovakiya Ukrayna ilə bağlı danışıqları təşkil edə bilər

Dünya

17.01.2025 11:15

“Slovakiya öz ərazisində Ukrayna ilə bağlı danışıqları təşkil edə bilər”. 

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar bildirib. 

Qaşpar dialoqun daha aşağı səviyyələrdə baş tuta biləcəyini vurğulayıb.

“Yüksək rütbəli nümayəndələrin Slovakiya ərazisində görüşəcəyi sual altındadır. Bratislava bəzi danışıqların bir hissəsinin keçirilə biləcəyi yerdir. Amma Rusiya Prezidenti Vladimir Putin və ya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bununla bağlı necə qərar verəcək onu gələcək göstərəcək” o, qeyd edib.

Günəş Mərd

tag: Slovakiya, Ukrayna,Parlament, Görüş, todaypress.az,