Slovakiya Macarıstanın Aİ Şurasına sədrliyini boykot etmə cəhdlərinə qoşulmayacaq
Dünya
18.07.2024 23:39
Slovakiya bəzi Aİ ölkələrinin
liderlərinin Macarıstanın Aİ Şurasına sədrliyini boykot etmək təklifinə
qoşulmayacaq.
TodayPress “TASS”a istinadən
xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Budapeştdə
macarıstanlı həmkarı Tamaş Şuyokla danışıqlardan sonra deyib.
“Slovakiya Macarıstanın Aİ
Şurasına sədrliyi dövründə Macarıstanın sədrliyini boykot etməyə yönəlmiş heç
bir cəhdə və ya hərəkətə qoşulmayacaq” deyə Pelleqrini bildirib.
tag: Macarıstan, Aİ, Slovakiya,Boykot, todaypress.az,