Skandinaviya ölkələri ittifaq qurur

Dünya

21.04.2025 12:24

3

Skandinaviya ölkələri, Rusiyaya qarşı birləşərək hərbi əməkdaşlıq qurur.   

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.   

Bildirilib ki, İsveç, Norveç, Finlandiya və Danimarka bir araya gələrək 2024-cü ildə ortaq müdafiə planı hazırlayıb və birgə hava komandanlığı qurublar.

Bu addımlar həm Rusiyanın hücumlarına, həm də ABŞ-nin təhlükəsizlik zəmanətlərinin qeyri-müəyyənliyinə qarşı atılıb. 

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq bildirib ki, bu, Kalmar İttifaqından sonra Skandinaviya ölkələrinin ilk dəfə birgə təhlükəsizlik siyasəti yürütməsidir. 

Danimarka Kral Müdafiə Kollecinin dosenti Piter Yakobsen isə qeyd edib ki, bu əməkdaşlıq Amerikaya olan inamın azalması və özlərini müdafiə edə bilməmək narahatlığından irəli gəlir.

O, Skandinaviya ölkələrinin birliyinin NATO-ya alternativ ola biləcəyini də vurğulayıb. 

Türkan İsgəndərli

tag: Skandinaviya,Hərbi,İttifaq,Rusiya,Todaypress.az,