Siyasətçi Fransanı NATO-dan çıxmağa çağırdı
Dünya
18.11.2024 12:33
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ-nin Rusiyaya ATACMS raket hücumlarına icazə verməsindən sonra Qərbi NATO-dan həmişəlik qurtulmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində yazıb.
"Bizim hakimiyyəti öz əllərinə almaq və NATO-dan birdəfəlik xilas olmaq üçün ağıllı insanlara ehtiyacımız var" deyə o qeyd edib.
Filipponun sözlərinə görə, ABŞ Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiyanı qanadlı raketlərlə vurmağa icazə verməklə üçüncü dünya müharibəsini başlatmağa çalışır.
Günəş Mərd
tag: NATO, Siyasət, ABŞ, Ukrayna, AFU, todaypress.az,