Siyasətçi: “Fransa Durovun həbsi ilə dünyaya despot simasını göstərdi”
Fransa “Telegram”ın yaradıcısı Pavel Durovu həbs etməklə dünyaya zülm nümayiş etdirdi.
TodayPress xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsində bildirib.
“Fransa dünyaya tiran sima təqdim edir! Özümüzü bu dəlilərdən azad etməliyik!” siyasətçi qeyd edib.
O, həmçinin Fransa hakimiyyətinin amerikalı milyarder İlon Maskı “Rəqəmsal Xidmətlər Aktı çərçivəsində Avropa senzura qaydalarına əməl etmədiyi üçün” həbs edə biləcəyi ilə maraqlanıb.
Günəş Mərd
tag: Fransa,teleqram,həbs,siyasətçi,todaypress.az,