Siyarto: “Trampın Ukrayna məsələsində vasitəçilərə ehtiyacı yoxdur”

Dünya

23.12.2024 10:44

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll etmək üçün vasitəçilərə ehtiyacı yoxdur”. 

TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

"Mən prezident Trampı heç bir vasitəçiyə ehtiyacı olmayan biri kimi tanıyıram" deyə diplomat vurğulayıb.

Macarıstanın baş naziri Viktor Orbanın Putin, Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında vasitəçi kimi görünə biləcəyindən danışan Siyarto, Amerikanın seçilmiş prezidentinin niyə birbaşa Rusiya prezidenti və ya Zelenski ilə əlaqə saxlamaması ilə maraqlanıb. 

Töhfə Səməd

tag: Ukrayna ,Zelenski, Siyarto ,Amerika ,todaypress.az,