Siyarto: “Macarıstan Ukrayna ilə bağlı mövqeyini dəyişməyəcək”

Dünya

10.10.2024 15:10

1161

Macarıstan üçüncü ölkələrin təzyiqlərinə baxmayaraq, Ukrayna ilə bağlı sülhsevər mövqeyindən əl çəkmək niyyətində deyil. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Qaz Forumunun plenar iclasında Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Hücumlarla, ittihamlarla, sanksiyalarla üzləşirik, amma bu, bizi sülhpərvər mövqeyimizdən və suveren xarici siyasətimizdən əl çəkməyə məcbur etməyəcək”. 

Xatırladaq ki, oktyabrın 9-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Macarıstanın Baş naziri Viktor Orbanla debatda onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid edərək, Kiyevə hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib. 

Günəş Mərd

tag: Macarıstan,Ukrayna,Sankt-Peterburq,Peter Siyarto,Hücum,Orban,todaypress.az,