Siyarto: “Aİ antidemokratik addımlara hazırdır”
Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Avropa İttifaqı Rusiya ilə əməkdaşlığı tamamilə kəsmək və Ukrayna münaqişəsini uzatmaq üçün antidemokratik addımlardan belə çəkinmir.
TodayPress xəbər verir ki, o, bu barədə “RİA”ya açıqlamasında bildirib.
“Hazırda vəziyyət belədir ki, müharibə tərəfdarı olan Brüssel siyasətçiləri münaqişənin uzanması üçün əllərindən gələni edirlər” deyə Siyarto qeyd edib.
Nazirin sözlərinə görə, Avropa rəhbərliyi Rusiya ilə Avropa arasında olan bütün əməkdaşlıq kanallarını qırmağa çalışır və bu məqsədlə açıq şəkildə antidemokratik addımlar atmağa hazırdır.
Siyarto vurğulayıb ki, Macarıstan Avropa qaydalarının qorunması uğrunda mübarizə aparacaq.
O, həmçinin Avropa iqtisadiyyatının Rusiya əleyhinə tətbiq olunan sanksiyalardan daha çox zərər çəkdiyini bildirib. Bununla belə, Aİ-nin bu xətti davam etdirmək niyyətində olduğunu qeyd edib. Diplomata görə, indi Aİ üzv ölkələr milli enerji siyasətindən imtina etməyə məcbur edilir.
Qiymət Mahir
tag: Macarıstan,Peter Siyarto,Avropa İttifaqı,Rusiya,Ukrayna,todaypress.az,