Siyarto: "ABŞ-nin sanksiyaları yanacağın qiymətlərinin artmasına səbəb olur"

Dünya

12.01.2025 16:15

ABŞ-nin Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətinin artmasına səbəb olur.

TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "M1" telekanalına deyib.

O, bunları Cozef Bayden administrasiyasının Rusiyanın neft-qaz şirkətlərinə, eləcə də Serbiyanın NIS şirkətinə qarşı cəza tədbirləri tətbiq etmək qərarını şərh edərkən söyləyib.

“Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi problem yaradır. Çünki burada Mərkəzi Avropada sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət daxildir” nazir deyib.

O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətinin ciddi şəkildə artmasına səbəb ola bilər.

tag: ABŞ,Rusiya,Mərkəzi Avropa,Peter Siyarto,Cozef Bayden,todaypress.az,