Şirkət sərnişinlərə kompensasiya ödəcək

Dünya

25.11.2024 18:13

Soçi-Antalya reysini yerinə yetirən “Azimut” Hava Yollarına məxsus təyyarənin enişi zamanı baş vermiş insidentlə əlaqədar olaraq, aviaşirkət sərnişinlərə itkiləri kompensasiya etmək üçün 100 min rubl məbləğində ilkin ödəniş edəcək.

TodayPress xəbər verir ki, bu barədə şirkət öz rəsmi saytında paylaşım edib. 

Ödənişlərin qəbulu barədə sərnişinlərə fərdi qaydada məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, 24 noyabr 2024-cü il tarixində Antalya hava limanında reysi yerinə yetirən "Sukhoi Superjet 100" (SSJ-100) təyyarəsinin Antalya hava limanına endiyi zaman mühərriki yanıb. Təyyarədə olan 79 sərnişin təxliyə edilib. Dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Sərnişinlər aeroport terminalına təhlükəsiz çatdırılıblar, xəsarət alan və ölən olmayıb.

Töhfə Səməd

tag: Sərnişinlər, Şirkət, Antalya, Təyyarə, Xəsarət, todaypress.az,