“Sinvarın öldürülməsi İsrailin qələbəsi deyil”
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail hərbçiləri tərəfindən öldürülməsi İsrailin Yaxın Şərqdə HƏMAS üzərində qələbəsi deyil, hərbi üstünlüyünü bərpa etməsi deməkdir.
TodayPress xəbər verir ki, bu fikir “The Washington Post” (WP) qəzetində dərc olunan məqalədə yer alıb.
Bildirilib ki, Sinvarın ölümü İsrailin Yaxın Şərqdə hərbi üstünlüyünün bərpasını simvollaşdırır. Lakin yəhudi dövlətinin HƏMAS üzərində qələbəsi ilə bağlı danışmaq hələ ki, tezdir.
Qeyd olunub ki, Sinvarın qətlindən əvvəl İsrail artıq HƏMAS-ın üç liderini sıradan çıxarmışdı, lakin hələ də hərəkatı məhv edə bilməyib.
Nəşr vurğulayıb, hərbi uğurlara baxmayaraq, Baş nazir Benyamin Netanyahunun hələ də Qəzzada vəziyyətin nizamlanması və sabitləşdirilməsi üçün dəqiq planı yoxdur.
Xatırladaq ki, oktyabrın 17-də İsrail XİN HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib.
Töhfə Səməd
tag: Sinvar, Qətl, HƏMAS, Baş Nazir, XİN, todaypress.az,