Sinqapur ilin ilk rübündə 4,31 milyon turist qəbul etdi
Sinqapur 2025-ci ilin ilk rübündə 4,31 milyon xarici turist qəbul edib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalıb. Ən çox turist Çindən, daha sonra İndoneziya və Malayziyadan gəlib.
TodayPress xəbər verir ki, bu barədə Sinqapur Turizm Şurası məlumat yayıb.
Çinli turistlərin sayı 831 470 nəfərə çatıb, bu da ötən ilin ilk rübü ilə müqayisədə 5,8% artım deməkdir.
Yerli KİV-lər bu artımı Sinqapurla Çin arasında qarşılıqlı vizasız rejimin tətbiqi, Çin Yeni ili bayramı və yanvar ayındakı məktəb tətilləri ilə izah edir.
Mart ayında Sinqapur təxminən 1,3 milyon turist qəbul edib, bu isə ötən ilin mart ayı ilə müqayisədə 11,5% azdır.
Mütəxəssislər azalmaya 2024-cü ildə keçirilmiş böyük əyləncə tədbirlərinin, o cümlədən beynəlxalq pop ulduzların konsertlərinin yaratdığı yüksək baza effektinin təsir etdiyini bildirirlər.
Qiymət Mahir
tag: Sinqapur,Turist,Qəbul,Rüb,Todaypress.az,