“Sindoor Əməliyyatı” nədir?
Hindistan ordusu Pakistan və Cammu-Kəşmir ərazisində keçirdiyi son hava zərbələrini “Sindoor Əməliyyatı” adlandırıb.
TodayPress xəbər verir ki, “Sindoor” hinduizm ənənəsində evli qadınların saç ayrımına çəkdiyi qırmızı rəngli tozun adıdır.
Bu simvol evlilik həyatının müqəddəsliyini təcəssüm etdirir və qədim dini ənənələrə söykənir.
Əməliyyatın bu cür adlandırılması, aprel ayının 22-də həyata keçirilən və əksəriyyəti hindu olan 26 nəfərin ölümünə səbəb olmuş terror hücumunun yaratdığı faciəyə simvolik bir istinad kimi qiymətləndirilir. Həmin hücum nəticəsində bir çox qadın dul qalıb.
Rəsmi mənbələr bildirir ki, “Sindoor Əməliyyatı” Hindistanın itkilərə cavab olaraq həyata keçirdiyi xüsusi hərbi tədbirdir və regionda artan gərginliyin fonunda baş verib.
Töhfə Səməd
tag: Hindistan ,Pakistan,Cammu,Kəşmir ,Sindoor ,todaypress.az,