Şimpanze körpəni parçalayıb öldürdü
Dünya
22.09.2024 06:44
Qərbi
Afrikanın Qvineya ölkəsindəki Nimba Dağları Təbiət Qoruğunun yaxınlığında
şimpanze körpənin ölümünə səbəb olub.
TodayPress xarici KİV-ə istinadən xəbər
verir ki, Seny Zoqba adlı ana tarlada işləyərkən körpəsini şimpanze
dişləyib və onu meşəyə aparıb.
Övladının itkin
düşdüyü bildirən ana meşəlik ərazidə parçalanmış körpə cəsədi tapıb.
Xəbərin ardından
sakinlər bölgədəki şimpanze araşdırma obyektinə hücum edib.
Mərkəzin
administratorları bildiriblər ki, qəzəbli kütlə binanı qarət edib, dron,
kompüter və 200-dən çox sənəd də daxil olmaqla avadanlıqları məhv edib,
yandırıblar.
Bölgədə qidaların
azalmasının heyvanları daha tez-tez qorunan ərazini tərk etməyə sövq etdiyi və
hücum ehtimalının artdığı bildirilir.
tag: Körpə,Ölüm, Şimpanize,Afrika, todaypress.az,