Şimali Koreyanın Kurskdakı itkilərinin sayı açıqlandı
Dünya
13.01.2025 11:06
Bu günə qədər Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın əsgəri həlak olub, bu isə dekabrda qeydə alınan göstəricidən 200 hərbçi çoxdur.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.
Bildirilib ki, bu yüksək göstəricinin səbəbi ölkənin ordusunun müasir müharibə texnologiyasından anlayışı olmaması, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə bilməməsidir.
Kəşfiyyat məlumatlarına əsasən, Koreya Xalq Demokratik Respublikasından olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.
Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.
tag: Koreya, İtki, Say ,Açıqlama ,todaypress.az,