Şimali Koreyada onlarla məmur edam edilib?

Dünya

04.09.2024 18:10

Şimali Koreya lideri Kim Çen Inın iyul və avqust aylarında ölkənin böyük hissələrini bürümüş daşqınlara görə onlarla məmuru edam etdiyi iddia edilir. 

TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalı məlumat yayıb.

Xüsusilə, məmurların daşqından zərər çəkmiş Caqan əyalətində Koreya Fəhlə Partiyasının (WPK) keçmiş katibi Kanq Bon Hun ilə əlaqələri olduğu iddia edilir. Bundan əvvəl o, həm də hərbi sənaye nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, avqustun 2-də Cənubi Koreyada Amnokkan çayında suyun səviyyəsinin artması səbəbindən daşqınlar baş verib. Kim Çen In Şimali Koreyanın su basmış kəndlərinə şəxsən baxış keçirib. 

Günəş Mərd

tag: Edam, Cənubi Koreya, Daşqınlar, Şimali Koreya,Kim Çen In , todaypress.az,