Şimali Koreyada boşanmaq və hot-doq yemək qadağan edildi

Dünya

08.01.2025 18:57

Şimali Koreya lideri Kim Çen In ölkə vətəndaşlarına hot-doq yeməyi və boşanmağı qadağan edib. 

TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşr bildirib ki, Kim Çen In hot-doqu "Qərb yeməyi" adlandırıb və onnu yeməyi vətənə xəyanətlə əlaqələndirib. Qaydalara əməl etməyənlər isə məcburi əmək düşərgəsinə göndəriləcək.

Şimali Koreya lideri boşanmaq qərarına gələn cütlükləri də ora göndərmək niyyətindədir. Boşanmaq istəyən ailələrin hər iki başçısı 6 aya qədər xidmət etməli olacaq. Qadınların isə burada daha ağır cəzalarla üzləşdiyi bildirilir.

Bundan əvvəl Kim Çen In bildirib ki, bütün dünya Şimali Koreyaya paxıllıq edir.

Töhfə Səməd

tag: Şimali Koreya,Kim Çen In,Hot-doq,Boşanmaq,Qərb yeməy,todaypress.az,