Şimali Koreya Yaponiya dənizinə ballistik raket atdı

Dünya

26.06.2024 11:23

Koreya yarımadasında gərginlik yenidən artıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb. 

Raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. 

Hadisə zamanı bölgədə təyyarə və gəmilərə zərər dəymədiyi qeyd olunub.  

Cənubi Koreya Baş Qərargahı (JCS) də Pxenyanın silah sınağını təsdiqləyib. 

Günəş Mərd

tag: Şimali Koreya, Dəniz, Yaponiya, Raket, Hadisə, todaypress.az,