Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atdı

Dünya

14.01.2025 09:44

Cənubi Koreyanın Birləşmiş Qərargah rəisləri Şimali Koreyanın Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atdığını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb. 

“Hərbçilərimiz yanvarın 14-də Çaqando əyalətindəki Kanqe rayonundan Yapon dənizinə doğru bir neçə naməlum mərmi, ehtimal ki, qısa mənzilli ballistik raketlərin buraxılışını qeydə alıblar" komandanın bəyanatında deyilir.

Bildirilib ki, Cənubi Koreya ordusu yeni atışlar gözlədiyi üçün KXDR-ə nəzarəti gücləndirib. Onlar həmçinin ABŞ və Yaponiya ilə sıx məlumat mübadiləsi aparır və tam döyüş hazırlığını saxlayırlar.

Xatırladaq ki, yanvarın 6-da Şimali Koreya yeni hipersəs ballistik raketini uğurla sınaqdan keçirib. Sınaqda ən yüksək hərbi komandanlıqla birlikdə ölkə lideri Kim Çen In şəxsən iştirak edib. 

Günəş Mərd

tag: Koreya, Raket ,Çaqando, Hərbiçi ,todaypress.az,