Şimali Koreya Rusiyaya qoşun göndərilməsini hüquqi hesab edir
Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçilərini Rusiyaya göndərsə idi, bu, beynəlxalq hüquq normalarına uyğun olardı.
TodayPress xəbər verir ki, KXDR xarici işlər nazirinin müavini Kim Çenq-qyu bildirib.
“Düşünürəm ki, dünya mediasının hay-küy saldığı hadisə baş versəydi, beynəlxalq hüquq normalarına uyğun olardı” nazir müavini deyib.
O, əlavə edib ki, hər zaman bunu qeyri-qanuni hesab edənlər olacaq.
Günəş Mərd
tag: Rusiya,Dünya, Qoşun,Koreya, KXDR, todaypress.az,