Şimali Koreya Rusiyaya hərbi yardım göndərdi

Dünya

27.08.2024 14:41

2226

Şimali Koreya 2022-ci ilin ortalarından bəri Rusiyaya içində silah olduğu ehtimal edilən 13 mindən çox konteyner göndərib.

TodayPress xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya bu addımı ikitərəfli hərbi əlaqələrin dərinləşməsi fonunda atıb. 

Qeyd edək ki, bu müddət ərzində şərq limanı Najin vasitəsilə 6 milyon 152 mm-lik artilleriya mərmisi daşıya bilən yüklər Rusiyaya göndərilib.

Töhfə Səməd

tag: Rusiya, Koreya, Hərbi yardım, Najin, Mərmi, todaypress.az,