Şimali Koreya Rusiyaya 11 min əsgər göndərib?

Dünya

18.12.2024 09:46

Şimali Koreya Rusiyaya 11 minə yaxın əsgər göndərib.

TodayPress xəbər verir ki, bu barədə  "The New York Times"  məlumat yayıb. 

Nəşrin fikrincə, qoşunların göndərilməsi Şimali Koreyaya bir sıra üstünlüklər, o cümlədən çox ehtiyac duyulan pul və diplomatik rıçaqlar gətirir. Ölkə lideri Kim Çen In Rusiyadan milyardlarla dollar dəyərində ərzaq, neft, pul və qabaqcıl silah sistemləri alır. Qeyd olunub ki, bu, çox güman ki, onun rejiminə beynəlxalq sanksiyalara tab gətirməyə və adi silahlı qüvvələrini modernləşdirməyə imkan verəcək.

Məlumatda həmçinin vurğulanıb ki, iyun ayında Kim və Rusiya lideri Vladimir Putin Pxenyanda qarşılıqlı müdafiə və əməkdaşlıq müqaviləsi imzalayıblar. Bundan sonra Şimali Koreya Rusiyaya qoşun göndərməyə başlayıb.

Günəş Mərd

tag: Rusiya,Koreya, Kim, Müqavilə, Əsgər, todaypress.az,