Şimali Koreya qitələrarası ballistik raket buraxdı

Dünya

31.10.2024 09:29

Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyan yaxınlığından şimal-şərq istiqamətində ən azı bir ICBM sinifli raket buraxılıb. 

TodayPress xəbər verir ki, bu barədə "NHK" telekanalı Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. 

Raket 1 saat 26 dəqiqə uçub. Bu da Şimali Koreya tərəfindən atılan raketlərin ən uzun  uçuşudur.   

Hələlik Yaponiya gəmilərinə və ya təyyarələrinə dəyən ziyanla bağlı məlumat yoxdur. 

Yaponiya Müdafiə Nazirliyi eyni zamanda Şimali Koreyanın fərqli tipli raketdən istifadə etdiyini qeyd edib. 

Qeyd edək ki, bundan əvvəl KXDR-in Yapon dənizinə doğru ballistik raket atdığı məlum olub. O, Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Okuşiri adasından təxminən 300 kilometr qərbdə yerləşən əraziyə düşüb.

 Günəş Mərd

tag: Şimali Koreya,Yaponiya,Raket,Uçuş,Todaypress.az,