Şimali Koreya parik satmaqla beynəlxalq sanksiyaları necə pozur?

Dünya

19.06.2024 02:00

İngiltərənin nüfuzlu nəşri “The Guardian” yazıb ki, Şimali Koreya parik, saqqal və saxta qaş alveri etməklə beynəlxalq sanksiyaların yükünü yüngülləşdirdiyini yazıb.

TodayPress xəbər verir ki, yazıda Şimali Koreyanın son illərdə bu sahədə ticarətin artması ilə təcrid olunmuş iqtisadiyyatını ayaqda saxlamağa və nüvə fəaliyyətlərini maliyyələşdirməyə davam etdiyi irəli sürülüb.

Pariklərin ümumiyyətlə Çindən gətirilən saçlarla Şimali Koreyada ucuz qiymətə istehsal edildiyi bildirilib. Bildirildi ki, bunlar daha sonra bütün dünyaya ixrac edilən Çin müəssisələrinə satılıb.

Kosmetika kateqoriyasındakı bu məhsulların Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarına məruz qalmadığına diqqət çəkilərək, satışla Pxenyanın “həm valyuta qazandığı, həm də sanksiyaların zərbəsini yumşaltdığı” ifadə edilib.

Pekin gömrük məlumatlarına görə, Şimali Koreya keçən il Çinə 1680 ton saxta kirpik, saqqal ixrac edib və 167 milyon dollar dəyərində parik satılıb.

Çinə göndərilən malların təxminən 60 faizini parik və digər saç məhsulları təşkil etdiyi vurğulanıb.

BMT Şimali Koreyanın nüvə silahı və ballistik raketləri sınaqdan keçirməsinin qarşısını almaq üçün 2006-cı ildən ona qarşı sanksiyalar tətbiq edir.

Şimali Koreyanın sonuncu məlum nüvə raket sınağı 2017-ci ildə keçirilib. Bununla belə, Pxenyan bu tarixdən etibarən nüvə potensialını artırmaq üçün səylərini davam etdirir.

Ötən il ölkə ballistik raket sınaqlarını davam etdirib, orbitə casus peyki çıxarıb və taktiki nüvə sualtı qayığı hazırlayıb.

GÜNEL

tag: Şimali Koreya , Çin, BMT, Pxenyan, todaypress.az,