Şimali Koreya ordusu PUA istehsalını artıracaq
Dünya
26.08.2024 10:10
Kim Çen In Şimali Koreya ordusunda hücum, sualtı və kəşfiyyat PUA-larının istehsalını və istifadəsini artırmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, Kim KXDR Müdafiə Elmləri Akademiyasının İHA İnstitutunda olub. Orada o, təyin olunmuş hədəfləri düzgün müəyyən edən və məhv edən PUA-ların sınağını müşahidə edib.
Kim daha çox kamikadze pilotsuz təyyarələrin taktiki piyada birlikləri, sualtı hücumlu intiharçı dronları kimi xüsusi təyinatlı bölmələr, strateji kəşfiyyat və çoxməqsədli hücum PUA-ları tərəfindən istifadə edilməsinə çağırış edib.
O, həmçinin Şimali Koreya silahlı qüvvələrini onlarla tez bir zamanda təchiz etmək üçün pilotsuz uçuş aparatlarının döyüş istifadəsi üzrə əlavə sınaqların keçirilməsinə tapşırıq verib.
Günəş Mərd
tag: Şimali Koreya, PUA, Döyüş, Hücum, todaypress.az,