Şimali Koreya “nüvə təhlükəsi”nə görə ABŞ-ni günahlandırdı
"Birləşmiş
Ştatlar nüvə silahı yaratmasa və istifadə etməsəydi, yer kürəsində “nüvə təhlükəsi”
anlayışı yaranmazdı".
TodayPress
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər
Nazirliyinin bəyanatında bildirilib.
Qeyd
olunub ki, Koreya Xalq Demokratik Respublikası
başqasının “nüvə təhlükəsini” uydurmağa davam edən və birtərəfli nüvə
üstünlüyünü təmin etmək ilə məşğul olan Vaşinqtonun davranışını diqqətlə izləyir.
“ABŞ
nüvə silahlanma yarışını təhrik edən və qlobal nüvə münaqişəsi ehtimalını
artıran ən məsuliyyətsiz oyunçu və yaramaz dövlətdir” deyə KXDR Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Qeyd
edək ki, bundan əvvəl “The New York Times” ABŞ prezidenti Cozef Baydenin gizli
strateji nüvə planını təsdiqlədiyini yazıb.
Amerika lideri, həmçinin Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə
toqquşmalarına hazırlaşmaq üçün göstərişlər verib.
Günəş
Mərd
tag: Şimali Koreya, ABŞ,Nüvə,Təhlükə,todaypress.az,