Şimali Koreya nüvə sınağına hazırlaşır

Dünya

30.07.2024 11:36

Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarında prezident seçkilərindən sonra və ya ondan əvvəl nüvə sınağı keçirə bilər.

TodayPress  xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin rəhbəri Şin Von Şik məlumat yayıb.

Şinin dediyi kimi, KXDR nüvə sınağına hazırlığı artıq başa çatdırıb və müvafiq qərar qəbul edildikdən sonra onu reallaşdıracaq. O, Pxenyanın ABŞ-nin yeni prezidentinin Şimali Koreya siyasətinə təsir etmək üçün nüvə təxribatlarına əl ata biləcəyini istisna etməyib. 

Müdafiə Nazirliyinin sözlərinə görə, Cənubi Koreya, Yaponiya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı mütəmadi olaraq üçtərəfli əməkdaşlığı gücləndirir. Pxenyanın raket buraxılışları barədə xəbərdarlıq etmək üçün məlumat mübadiləsi sistemi də işə salınıb.

Günəş Mərd

tag: Şimali Koreya,KXDR, Yaponiya, ABŞ, Pxenyan, todaypress.az,