Şimali Koreya nüvə böhranına görə ABŞ-ni günahlandırdı

Dünya

04.08.2024 09:45

ABŞ-nin Koreya yarımadasına qarşı siyasəti nüvə böhranının getdikcə pisləşməsinə səbəb olur.

TodayPress xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“ABŞ Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini pisləşdirən və onu daha təhlükəli səviyyəyə çatdıran düşmən və təxribat xarakterli hərəkətləri ilə regionda nüvə münaqişəsi riskini artırmağa davam edir” deyə bəyanatda bildirilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp yenidən dövlət başçısı seçildikdən sonra Şimali Koreya lideri Kim Çen Inlə münasibətləri bərpa etmək niyyətində olduğunu bildirib. Respublikaçılar Partiyasının namizədinin sözlərinə görə, Şimali Koreya lideri onu yenidən hakimiyyətdə görmək istəyir.

Töhfə Səməd

tag: Şimali Koreya, Tramp, Diplomat, ABŞ, Seçki, todaypress.az,