Şimali Koreya hərbi çağırış yaşını artırdı
Dünya
25.12.2024 10:13
Şimali Koreya hakimiyyəti hərbi xidmətə çağırış yaşını 23-dən 25 yaşa qaldırıb.
TodayPress xəbər verir ki, bu barədə “RFA” radiosu məlumat yayıb.
“Şimali Koreya sakinlərinin bildirdiyinə görə, hərbi xidmətə çağırış üçün maksimum yaş həddi 23-dən 25-ə qaldırılıb. Hazırda 18 yaşdan yuxarı kişilərdən 10 il, qadınlardan isə 7 il orduda xidmət etmək tələb olunur” məlumatda qeyd edilib.
Ehtimal olunur ki, yeni qayda əksər vətəndaşlar üçün icbari hərbi xidmətə təsir etməyəcək. Lakin sağlamlıqlarına görə və ya yetərincə boyuna görə xidmətdən azad edilmiş insanlar indi hərbi çağırışdan yayınmağın yollarını tapmaqda çətinliklə üzləşəcəklər.
Günəş Mərd
tag: Şimali Koreya, Hərbi ,Çağırış ,Yaş ,todaypress.az,