Şimali Koreya Cənubi Koreyaya yeni zibil balonları göndərdi
Dünya
23.09.2024 09:11
Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 22-də Cənubi Koreyaya daha bir neçə zibil balonu göndərib.
TodayPress xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.
Birləşmiş Qərargah Rəisləri xəbərdarlıq edib ki, hava şarları Seul və paytaxtı əhatə edən Gyeonggi əyalətinə doğru uça bilər.
Məlumata görə, Cənubi Koreya ordusu təhlükəsizlik narahatlığını əsas gətirərək hava şarlarını vurmaqdan imtina ediblər.
Xatırladaq ki, sentyabrın 20-də Şimali Koreyadan atılan zibil balonu ikinci dəfə Seuldakı Cənubi Koreya hökumətinin ərazisinə düşüb.
Günəş Mərd
tag: Koreya ,KXDR ,Cənubi Koreya,Zibil Balonu ,todaypress.az,