Şimali Koreya Cənubi Koreya ilə sərhədi qalaya çevirir

Dünya

09.10.2024 10:30

Şimali Koreya hakimiyyəti Cənubi Koreya ilə sərhədi “güclü müdafiə strukturları” ilə gücləndirmək niyyətindədir.  

TodayPress xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, Koreya Xalq Demokratik Respublikası bununla bağlı ABŞ-yə müvafiq mesaj göndərib.    

"Oktyabrın 9-dan Koreya Respublikasına bitişik ərazidə avtomobil və dəmir yolları tamamilə bağlanacaq, sərhədin güclü müdafiə strukturları ilə möhkəmləndirilməsi işlərinə başlanılacaq" mesajda deyilir.

Bildirib ki, Cənubi Koreya ilə sərhədin möhkəmləndirilməsi ilə bağlı müvafiq qərar KXDR-in “müharibəni ehtiva edən və təhlükəsizliyi təmin edən” zəruri özünümüdafiə tədbirinə çevrilib. 

Günəş Mərd

tag: Cənubi Koreya ,KXDR,Sərhəd ,ABŞ ,Şimali Koreya ,todaypress.az,