Şimali Koreya Cənubi Koreya ilə sərhəddə elektrik xətlərini sökür
Dünya
26.11.2024 10:37
Şimali Koreya hakimiyyəti hazırda bağlanmış Kesonq Sənaye Kompleksinə gedən elektrik xətlərini sökməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ötən bazar günündən Koreya Xalq Ordusunun əsgərləri Kyonison şossesi boyunca müəyyən ərazilərdə elektrik xətlərini sökməyə başlayıb.
Cənubi Koreya ordusu, Kesonqdakı koreyalararası əlaqə bürosunun dağıdılmasından sonra elektrik enerjisinin kəsildiyi 2020-ci ilin iyun ayından etibarən istismara verilmiş qüllələrin sökülməsi üçün tezliklə tədbirlər görəcəyini gözləyir.
Agentlik qeyd edir ki, bu elektrik xətləri Cənubi Koreya tərəfindən çəkilib. Sənaye kompleksini enerji ilə təmin etmək üçün ümumilikdə 48 qüllə quraşdırılıb ki, onlardan 15-i Şimali Koreyada yerləşir.
Günəş Mərd
tag: Şimali Koreya, Cənubi Koreya, Kesonq, Elektrik, todaypress.az,