Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxdı

Dünya

18.09.2024 09:23

Koreya Xalq Demokratik Respublikası (KXDR) şimal-şərq istiqamətində 2 ballistik raket buraxılışı həyata keçirib.

TodayPress xəbər verir ki, “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla xəbər yayıb. 

Cənubi Koreya tərəfi Pxenyanın raket fəaliyyətinin monitorinqini davam etdirdiyini, məlumatların ABŞ və Yaponiya ilə bölüşdürüldüyünü açıqlayıb.

Raketlər dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənarda suya düşüb. Yaponiyanın sahil mühafizə xidməti hər hansı zərər barədə açıqlama verməyib.

tag: Koreya ,ABŞ, Yaponiya ,Raketlər ,Zərər ,Silahlar ,todaypress.az,