Şimali Koreya ballistik raket buraxdı
Dünya
01.07.2024 14:03
Cənubi Koreya Şimali Koreyanın şərqə doğru ballistik raket atdığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamaya əsasən, Şimali Koreya səhər saatlarında şərqə doğru ballistik raket atıb. Bildirilib ki, raket 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partlayıb.
Şimali Koreya isə bu iddianı təkzib edərək, raket sınağının uğurla həyata keçirildiyini qeyd edib.
Töhfə Səmədova
tag: Şimali Koreya, Raket, Ballistik raket, Dünya, todaypress.az,