Şimali Koreya Ağ Evi ittiham etdi

Dünya

13.09.2024 09:49

Şimali Koreya Xarici İşlər Nazirliyinin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ABŞ öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır və Avropada vəziyyəti gərginləşdirir. 

TodayPress xəbər verir ki, diplomatın bu çıxışına səbəb ABŞ dövlət katibi Antoni Blinkenin Rusiya ilə suveren dövlətlər arasında əməkdaşlığı gözdən salan bəyanatları olub.

“ABŞ dövlət katibi həqiqətlə yalanı qarışdırmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, lakin heç bir halda vəziyyətin uzanmasının əsas səbəbinin ABŞ olduğunu gizlədə və inkar edə bilməyəcək” deyə diplomat bildirib. 

Onun fikrincə, Birləşmiş Ştatlar öz iyrənc siyasəti ilə Avropa ölkələrində təhlükəsizlik böhranını şişirtməyə çalışır. 

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanın qanuni təhlükəsizlik maraqlarına və onun ərazi bütövlüyünü təmin etmək hüququna məhəl qoymur, NATO-nun şərqə doğru genişlənməsini təhrik edir və bununla da Ukraynada vəziyyəti gərginləşdirir. 

Töhfə Səməd

tag: Ağ Ev ,ABŞ, Avropa ,Rusiya, NATO,todaypress.az,