Şimali Koreya ABŞ-yə xəbərdarlıq etdi

Dünya

23.11.2024 09:25

Şimali Koreya ABŞ-ni Koreya yarımadasında müharibəyə səbəb ola biləcək hərəkətlərdə ittiham edib və təxribatlara son qoyulmasını tələb edib.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Departament Cənubi Koreya və Yaponiyanın iştirak etdiyi ABŞ-nin keçirdiyi "Freedom Edge" hərbi təlimlərini, həmçinin, Amerikanın RC-135S kəşfiyyat təyyarəsinin yarımadanın üzərindən uçuşunu xatırladıb. 

Pxenyan Vaşinqtona və onun müttəfiqlərinə regionda genişmiqyaslı silahlı münaqişənin başlanmasına səbəb ola biləcək təxribatçı hərəkətləri dərhal dayandırmağın vacibliyi barədə xəbərdarlıq edib.

KXDR vurğulayıb ki, özünümüdafiə tədbirləri ölkə silahlı qüvvələrinin konstitusion vəzifəsidir. Şimali Koreya ordusu ABŞ və müttəfiqlərinin hərəkətlərini diqqətlə izəyir və lazım gələrsə, tədbir görməyə hazırdır. 

Günəş Mərd

tag: ABŞ, Koreya, Yaponiya, Vaşinqton, Pxenyan, todaypress.az,