Şimali Koreya ABŞ-yə görə nüvə imkanlarını artıracaq

Dünya

18.11.2024 12:03

"Şimali Koreya ABŞ və müttəfiqləri, o cümlədən Ukraynada həyata keçirdiyi eskalasiya səbəbindən mümkün müharibəyə fəal şəkildə hazırlaşmağa davam etməlidir. Buna görə də Pxenyan Vaşinqtonun tədbirlərinə cavab olaraq nüvə imkanlarını artıracaq".

TodayPress "Bloomberg"ə istinadən xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çen In Ukrayna Silahlı Qüvvələrinin Qərb dövlətləri tərəfindən Rusiyaya zərbə endirmək icazəsinə belə reaksiya verib.

“Silahlı qüvvələrimiz üçün ən vacib və kritik vəzifə müharibəyə hazırlaşmaqdır. ABŞ, Yaponiya və Cənubi Koreya Koreya yarımadasında və regionda sülhün və sabitliyin məhvinə görə heç vaxt məsuliyyətdən yaxa qurtara bilməyəcəklər”  deyə Şimali Koreya lideri bildirib.

O, eyni zamanda,  ABŞ-ni Kiyevə hərbi təchizatı artırmaqla Ukrayna münaqişəsini uzatmaqda günahlandırıb. 

Qeyd edək ki, noyabrın 17-də ABŞ-nin hazırkı prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib. 

Günəş Mərd

tag: Rusiya, Zərbə, ABŞ, Kiyev, Ukrayna, todaypress.az,