Şimali Koreya 4,5 tonluq yeni taktiki ballistik raketi sınaqdan keçirdi
Dünya
02.07.2024 07:00
Şimali Koreya yeni taktiki ballistik raketi
sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə Koreya Mərkəzi
Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
4,5 tonluq, böyük döyüş başlığı daşıya bilən yeni taktiki
ballistik raket “Hwasongpo-11" adlanır.
Raketin sınaq buraxılışı maksimum 500 km və minimum 90 km
məsafədə həyata keçirilib.
Bundan əlavə, agentlik iyul ayı ərzində raketin buraxılış
sınaqlarını davam etdirəcəyini bildirib.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi iyulun 1-də KXDR-in Yapon dənizinə doğru iki ballistik raket atdığını açıqlayıb. (report.az)
tag: Şimali Koreya,Hwasongpo-11, KXDR, Raket, todaypress.az,