Şimali Avropa nazirlərinin görüşü təxirə salındı

Dünya

07.05.2025 16:20

10

Finlandiyada baş verən hərbi təyyarə qəzası səbəbilə mayın 7-si tarixinə planlaşdırılan Şimali Avropa ölkələrinin müdafiə nazirlərinin görüşü ləğv olunub. 

TodayPress xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Fin Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, “F/A-18 Hornet” tipli qırıcı Rovaniemi şəhəri yaxınlığında yerə çırpılıb. Hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib.

Pilot sağ qalıb və tibbi müayinəyə göndərilib. Təyyarə aerodrom ərazisinin yaxınlığında yerə düşüb.

Qiymət Mahir

tag: Finlandiya,Qəza,Təyyarə,Şimali Avropa,todaypress.az,