Şimali Amerikanın ən hündür dağının adı yenidən dəyişdiriləcək

Dünya

23.12.2024 10:12

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Şimali Amerikanın ən hündür dağı olan Denalinin adının dəyişdiriləcəyinə söz verib.

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Trampın sözlərinə görə, Mak-Kinli əla prezident olub. O bildirib ki, onun administrasiyası bu adı Mak-Kinliyə qaytaracaq, çünki siyasətçi buna layiqdir.

Qeyd edək ki, 19-cu əsrin sonunda dağ ABŞ-nin 25-ci prezidenti Uilyam Mak-Kinlinin şərəfinə adlandırılıb. 2015-ci ilin avqustunda isə o zaman ABŞ-nin prezidenti olan Barak Obama dağın adını dəyişdirib. Dağ Alyaskada, Denali Milli Parkının mərkəzində yerləşir. Hündürlüyü 6168 metrdir.

Günəş Mərd

tag: ABŞ, Tramp ,Denalin ,Dağ ,Ad, todaypress.az,