“Şimal axını”nda baş verən partlayışla bağlı istintaq davam edir

Dünya

08.09.2024 13:20

1749

“Rusiya tərəfi "Şimal axını"nın bombalanması işi ilə bağlı aparılan təhqiqat haqqında heç bir etibarlı məlumat əldə etməyib”.

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev məlumat verib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyindən, Baş Prokurorluqdan, Rusiyanın baş nazirindən hökumətlərə, o cümlədən Almaniyaya terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılması məqsədi ilə çoxsaylı sorğular göndərilib. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında da bir neçə dəfə məsələ qaldırılıb.

“Beynəlxalq enerji infrastrukturuna, kritik infrastruktura qarşı terror hücumu təşkil edildi. Amma hələlik heç bir inandırıcı sənəd, izahat almamışıq. Bu, üzücüdür” deyə diplomat yekunlaşdırıb.

Töhfə Səməd

tag: Şimal Axını,Partlayış,Almaniya,Rusiya,İstintaq,todaypress.az,