“Şimal axını”na dəyən ümumi zərər açıqlandı
Dünya
20.09.2024 14:40
“Şimal axını” boru kəmərləri şəbəkəsinin (“SP”) operatoru olan “Nord Stream AG” şirkəti 2022-ci ilin sentyabr ayının sonunda partlayışlar nəticəsində layihəyə dəyən ümumi zərəri ilkin olaraq 1,2 milyard avro qiymətləndirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
“Nord Stream” qeyd edib ki, göstərilən məbləğin böyük hissəsi (510 milyon avro) şəbəkənin hissələrində baş verən partlayışlardan dəyən ziyanı kompensasiya etməyə sərf olunacaq.
Bərpa zamanı borulardan suyun çıxarılması, onların stabilləşdirilməsi, eləcə də itirilmiş qaz ehtiyatlarının təmiri və doldurulması üzrə işlər həyata keçiriləcək.
Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonunda “Şimal axını” və “Şimal axını 2”də partlayışlar baş verib.
Günəş Mərd
tag: Şimal Axını, Boru Kəmərlər ,Partlayışlar,Nord Stream AG Şirkəti, Ziyan ,todaypress.az,