"Şimal axını" ilə bağlı məlumat sızması pisləndi
Almaniya üçün Alternativ (AfD) fraksiyasından olan Bundestaqın deputatı Yevqen Şmit Rusiyanın "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində təxribat işi ilə bağlı istintaqı şərh edib.
TodayPress xəbər verir ki, onun sözlərini "TASS" sitat gətirib.
Şmit “Şimal axını” işində məlumat sızmasını pisləyib və bu hadisələrin onu təəccübləndirdiyini vurğulayıb.
“Mən özüm bir deputat kimi istintaqın gedişi ilə bağlı 300-dən çox sorğu vermişəm və həmişə cavab almışam ki, bütün təfərrüatlar məxfidir, heç nə deyə bilmərik. Lakin görünür ki, bu, həqiqətdə heç də belə deyil”.
Deputat bu işdə Ukrayna izinin olmasına şübhə etdiyini açıqlayıb. O, partlayıcı maddələrin və saxta pasportların tapılmasını gülünc adlandırıb.
Töhfə Səməd
tag: Almaniya,Yevqen Şmit,Şimal axını,Partlayış,Rusiya,İstintaq,todaypress.az,