Silvanın Moskvaya gəlişi təsdiqləndi

Dünya

14.05.2025 18:40

8

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Moskvaya mümkün səfəri fonunda Rusiya tərəfi Vladimir Putinlə görüş olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “RİA”ya açıqlamasında bildirib. 

Mayın 14-də Braziliya Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyyarə Moskvanın Vnukovo hava limanına enib. Məlumata görə, Lula da Silvanın mayın 10-da Çində başladığı rəsmi səfəri bu gün başa çatır və Moskvada qısa dayanacaq planlaşdırılır.

Braziliya lideri daha öncə bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə İstanbulda keçiriləcək danışıqlarla bağlı danışmağa çalışacaq.

Peskov isə qeyd edib ki, Putin və Lula da Silva arasında görüş razılaşdırılacağı halda, bu barədə ayrıca açıqlama veriləcək.

Qiymət Mahir

tag: Braziliya ,Luis İnasiu Lula da Silva ,Moskva,Putin,todaypress.az,