Silahlılar Hələbin qərb məhəllələrinin bir hissəsini ələ keçirdi

Dünya

30.11.2024 12:47

“Təhrir əş-Şam” terror təşkilatının başçılıq etdiyi silahlıların Suriyanın ikinci ən böyük şəhəri olan Hələbin qərb rayonlarının 40%-dən çoxuna nəzarəti ələ keçirdikləri iddia edilir. 

TodayPress xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.  

Təfərrüatlar  hələ açıqlanmayıb.

Xatırladaq ki, noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçib.  

Günəş Mərd

tag: Silahlılar, Hələb, Al Mayadeen, Suriya, todaypress.az,