Silahlı hücuma məruz qalan deputat vəfat etdi

Dünya

24.08.2024 16:45

Türkiyədə silahlı hücum nəticəsində yaralanan Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Can Ekiciler dünyasını dəyişib.

TodayPress xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Mustafa Can Ekiciler avqustun 18-də silahlı hücuma məruz qalıb.

 

Töhfə Səməd

tag: Böyük Millət Məclisi,TBMM,Mustafa Can Ekiciler,Silah,Hücum,todaypress.az,